Maduro 4 uşağın atasıdır, amma yalnız biri öz övladıdır - Həyat HEKAYƏSİ

Gecə ilə oğurlanaraq ABŞ-yə aparılan Venesuela Prezidenti Nikolas Maduronun şəxsi həyatı ilə bağlı bəzi maraqlı məqamları təqdim edirik.

Jan 4, 2026 - 15:56
Jan 4, 2026 - 17:51
Maduro 4 uşağın atasıdır, amma yalnız biri öz övladıdır - Həyat HEKAYƏSİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, açıq mənbələrdə Nikolas Maduronun şəxsi həyatı ilə bağlı məlumatlar o qədər də çox deyil. 

Məlum olan odur ki, Maduro iki dəfə ailə qurub. Onun birinci nikahı Adriana Guerra Angulo ilə olub. Onlar 1988-ci ildə evləniblər və bu nikahdan prezidentin yeganə oğlu Nicolas Ernesto Maduro Guerra dünyaya gəlib. 

Cütlük daha sonra boşanıb. Bəzi mənbələrə görə bu ayrılıq 1994-cü ildə baş verib.

Maduronun yeganə oğlu Venesuela siyasətində tanınmış fiqurdur. O, sosialist partiyanın üzvü kimi Milli Assambleyada (parlamentdə) deputat kimi təmsil olunur. ABŞ də daxil olmaqla bəzi ölkələr Maduronun oğluna sanksiyalar tətbiq edib, o korrupsiyada və qeyri-legitim rejimin qorunub saxlanılmasında ittiham olunur. 

Maduronun ikinci nikahı 2013-cü ildə Cilia Flores ilə olub. Onların bu nikahdan övladları yoxdur. Amma Maduro Cilia Floresin əvvəlki nikahından olan üç uşağını qəbul edib və onlar Maduro soyadını daşıyırlar.

Maduro Cilia Floreslə 1990‑cı illərdə tanış olub. Onun birinci arvadından ayrılmasında bu tanışlığın böyük rolu olduğu deyilir. Flores həmin vaxt keçmiş hərbi zabit və siyasi fəal Hugo Çavesin hüquq müdafiəçilərindən biri kimi tanınırdı. 1992‑ci ildə Çavesin həbsindən sonra onun müdafiəçilərindən olub.

Maduro da Çevesin tərəfdarı olub. O vaxtlar Maduro paytaxt Karakasda Çavesi müdafiə kampaniyasında iştirak edib.

Hər ikisi Çavista hərəkatı daxilində sabiq prezidentin tərəfdarları ilə birlikdə çalışıb və bu ümumi siyasi fəaliyyət onların yaxınlaşmasına səbəb olub.

Səlcuq