Məşqçi əvəzləmək istədi, futbolçu çıxmadı - Azərbaycan futbolunda ŞOK + VİDEO

Azərbaycan I Liqasında maraqlı olay baş verib.

Feb 18, 2026 - 20:42
Məşqçi əvəzləmək istədi, futbolçu çıxmadı - Azərbaycan futbolunda ŞOK + VİDEO

SAVASHMEDİA.az sportnet.az-a istinadla xəbər verir ki, MOİK - "Səbail" oyununda qonaqların baş məşqçisi Adil Şükürov 59-cu dəqiqədə kapitan Yusif Nəbiyevi Kamran Quliyevlə əvəzləmək istəyib.

Lakin Nəbiyev "çıxmıram" deyərək, oyuna davam edib. O, cərimə zərbəsini özü yerinə yetirib.
 
Nəticədə baş hakim fitini çalıb oyunu davam etdirib.