Mübariz Mənsimov istintaqa cəlb olundu – Çirkli pullar, qanunsuz qumar oyunları...

Türkiyədə azərbaycanlı iş adamı Mübariz Mənsimov istintaqa cəlb olunub.

Jan 9, 2026 - 13:29
Mübariz Mənsimov istintaqa cəlb olundu – Çirkli pullar, qanunsuz qumar oyunları...

SAVASHMEDİA.az xəbər verir ki, iş adamının adı ötən il dekabrın 22-də bağlanan “Ekol TV işi” ilə bağlı istintaqa daxil edilib.

Mübariz Mənsimov çirkli pulların yuyulmasında ittiham edilir. M.Mənsimovla yanaşı “mərc oyunları baronu” adlandırılan Veysel Şahin və “Ekol TV”nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şenin də adları istintaq dosyesinə daxil edilib.

Qeyd edək ki, Küçükçekmece Baş Prokurorluğu tərəfindən aparılan istintaq məxfi şahidin ifadələri və daxil olan məlumatlar əsasında başlanıb. “Ekol TV”nin maliyyələşdirilməsinin qanunsuz qumar oyunları və çirkli pulların yuyulması fəaliyyətlərindən qaynaqlandığı iddia olunur.

Banu