Nemtsovun qətlində şübhəli bilinən şəxs qondarma DXR-də aşkarlandı

Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qətlində əli olan qrupun üzvü Artur Geremeyev 2023-cü ildə dəfələrlə sərhədi keçərəd Ukraynanın işğal olunmuş ərazilərində olub. 

Feb 11, 2025 - 18:09
Feb 11, 2025 - 18:15
Nemtsovun qətlində şübhəli bilinən şəxs qondarma DXR-də aşkarlandı

SAVASHMEDİA.az xəbəbr verir ki, bunu sərhəd məlumatlarını araşdıran  “Agentstvo” müəyyənləşdirib.

Məlum olub ki, Çeçenistan başçısı Ramzan Kadırovun yaxın adamı Ruslan Geremeyevin qardaşı oğlu olan Artur Geremeyev 2023-cü ilin may və iyun aylarında Rusiya sərhədindən Canköy (Krım) və Veselo-Voznesenka (Rostov vilayəti) məntəqələri vasitəsilə altı dəfə  keçib. Rusiya müxalifətinin liderinin qətlində şübhəli bilinən şəxs sonuncu dəfə Geremeyevlərin idarəçiliyinə verilmiş Mariupolun İliç adına dəmir-polad zavodunun yerləşdiyi Mariupol şəhərinə doğru gedib.

Nemtsovun qətlindən bir gün sonra (27 fevral 2015-ci il) Geremeyev Moskvanın Veernaya küçəsində sui-qəsd iştirakçılarının yaşadığı binanın kamerasına düşüb. O, əşyaları ilə binadan çıxıb və Çeçenistana gedib. Onunla birlikdə Cəbrayıl Eldarov da binadan çıxıb. İstintaq sonuncunun şəxsiyyətini müəyyən edə bilmirdi, amma “Proyekt” ilk dəfə onun bu qətldə əli olduğunu yazdı.  Bununla belə, onun telefon hesabları iş üzrə digər təqsirləndirilən şəxslərə, o cümlədən qətlin təşkilatçısı Zaur Dadaev və Anzor Qubaşevə, (istintaqın versiyasına görə) və Boris Nemtsovun qızının vəkillərinin qətlin birbaşa təşkilatçısı hesab etdiyi Ruslan Muxudinov və Ruslan Geremeyevə 754 zəng vurub.

Nemtsovun qətlindən bir saat yarım sonra hesab sənədlərində Artur Geremeyev və Ruslan Muxudinovun Mosfilmovskaya küçəsində yerləşdiyi qeydə alınıb. Ramzan Buradakı “Vorobyovı Qorı” yaşayış kompleksində Ramzan Kadırovun arvadı Medninin apartamentləri yerləşir.

Müstəntiqlər Artur və Ruslan Geremeyevi dindirməyə çağırmağa çalışsalar da, çağırış vərəqələri Çeçenistanda qeydiyyatda olduqları yerdə onlara təqdim olunmayıb. Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları yalnız bir dəfə böyük Geremeyevin əmisinin yaşayış yerinə gediblər və daha sonra hesabatda “evin giriş qapısını heç kim açmayıb” yazıblar. Sonradan onları məhkəməyə çağırmaq mümkün olmayıb. 2015-ci ildən bəri Artur Geremeyevin harada olması barədə heç bir məlumat ilmayıb. Ruslan Geremeev bir dəfə olsun belə istintaq tərəfindən dindirilməyib. 

“RBC” telekanalının Rusiya İstintaq Komitəsindəki mənbələrinə istinadən verdiyi məlumata görə, qurumun rəhbəri Aleksandr Bastrıkin iki dəfə Geremeyevə qarşı qiyabi ittiham aktını imzalamaqdan imtina edib və bunun üçün kifayət qədər əsas olmadığını bildirib.

Xatirə SADİQ