O, Kamran Əliyevin lehinə səs vermədi - Kimdir?

Milli Məclisin mayın 1-də keçirilən iclasında Kamran Əliyevin yenidən Baş prokuror təyin olunması məsələsi müzakirə olunub.

May 1, 2025 - 12:39
May 1, 2025 - 13:50
O, Kamran Əliyevin lehinə səs vermədi - Kimdir?

Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlardan 111 nəfər K.Əliyevin yenidən Baş prokuror təyin olunmasının lehinə səs verib. Əleyhinə olmayıb. Bir deputat bitərəf qalıb.

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, səsvermədə bitərəf qalan deputat REAL Partiyasını parlamentdə təmsil edən Erkin Qədirlidir.

E.Qədirli bunu təsdiqləyib. Lakin səbəbləri barədə danışmaq istəməyib.

Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad etdi.