Pezeşkian etirazçılarla danışıqlara gedir - "Onları dinləyəcəyəm, lazım gəlsə..."
İran Prezidenti Məsud Pezeşkian etirazçılarla şəxsən danışıqlar aparmağa hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, İran vətəndaşlarının sərbəst toplaşmaq və dinc aksiyalar keçirmək hüququnun olduğunu deyən Pezeşkian dövlətin güzəştə gedə biləcəyini bildirib:
"Əgər ehtiyac yaranarsa, etirazçılarla dialoqa girməyə, onları dinləməyə hazıram. Onların haqlı tələblərini yerinə yetirə bilərik. Əgər etiraz aksiyalarının dayandırılması üçün bu tələb olunacaqsa, mən onlarla danışmağa hazıram".
Xatırladaq ki, ötən həftədən başlayan lokal etiraz aksiyaları artıq bütün ölkəyə yayılıb. Etirazlara səbəb kimi İran pulunun dəyərdən düşməsi, iqtisadi böhran və bu qəbildən olan oxşar problemlərdir. Xarici mənbələrin iddiasına görə, bu günə qədər etiraz aksiyalarında 7 nəfər polis tərəfindən öldürülüb, 50-yə yaxın etirazçı saxlanılıb.
Oğuz