Polşa Baş nazirinin Paşinyanla zarafatı gündəm oldu - VİDEO
Polşanın Baş naziri Donald Tusk ermənistanlı həmkarı Nikol Paşinyanla zarafat edib.
SAVASHMEDİA.az xəbər verir ki, həmin anların görüntülərini Nikol Paşinyan özü paylaşıb.
Belə ki, Donald Tusk video çəkən Paşinyana gizlicə yaxınlaşıb və onun çiyinlərindən yapışıb. Daha sonra gülərək ürək işarəsi göstərib.
Paşinyan ayağa qalxıb və onlar qucaqlaşıblar. Nazirlərin səmimi anlarının əks olunduğu video qısa zamanda gündəm olub.
Banu