PUA-lar Bakı və Abşeron səmasına qaldırılacaq - MN təsdiqlədi

Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək.

Mar 23, 2026 - 16:58
Mar 23, 2026 - 16:59
PUA-lar Bakı və Abşeron səmasına qaldırılacaq - MN təsdiqlədi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək:

"Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".