Qanalı şaman Türkiyə millisinə cadu edibmiş - "Üzr istəyirəm, səhvən olmuşdu"

Qanalı şaman Nana Kvaku Bonsamın Türkiyə millisinin DÇ-2026-da üzləşdiyi uğursuzluqlarla bağlı açıqlama veridiyi iddia edilib.

Jun 25, 2026 - 22:41
Qanalı şaman Türkiyə millisinə cadu edibmiş - "Üzr istəyirəm, səhvən olmuşdu"

SAVASHMEDİA.az xəbər verir ki, iddialara görə, Bonsam Türkiyə millisinin uğursuz çıxışında özünün günahkar olduğunu bildirib. 

O qeyd edib ki, Qananın rəqibi üçün hazırladığı tilsim yanlışlıqla Türkiyə milli komandasına təsir edib:

“2026 Dünya Kubokunda Qananın qrupdakı rəqibini zərərsizləşdirmək üçün xüsusi tilsim hazırlamışdım. Lakin həmin vaxt şagirdim xəritəni sürüşdürdü və ritualın bütün enerjisi istiqamətini dəyişərək səhvən Türkiyəyə yönəldi”.

İddialara görə, N.K. Bonsam qeyd edib ki, Türkiyə millisinin oyunlarında yaşanan uğursuzluqları izlədikdən sonra vəziyyəti anlayıb. 

Qanalı şaman məqsədinin Türkiyə olmadığını vurğulayaraq türk xalqından üzr istəyib. O, hazırda “cadunun təsirini aradan qaldırmaq” və vəziyyəti düzəltmək üçün yeni tilsim üzərində çalışdığını bildirib.

Banu