Qarşısında Trampı görən kuryer əvvəlcə şoka düşdü, sonra... - 100 dollar bəxşiş aldı
ABŞ Prezidenti Donald Trump bu dəfə qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb.
Belə ki, o, McDonald's sifarişini Ağ Evə çatdıran DoorDash kuryerini səxavətlə mükafatlandırıb. Məlumata görə, sifariş birbaşa Ağ Evin girişinə gətirilib və Tramp kuryerə 100 dollar bəxşiş verib.
Şarron adlı kuryer qarşısında ABŞ prezidentini görəndə təəccübünü gizlədə bilməyib.
Tramp kuryerlə söhbət zamanı xidmət sektorunda çalışanlar üçün həssas mövzu olan “bəxşiş vergisi” məsələsinə toxunub. O, bu sahədə dəyişikliklərin vacibliyini vurğulayaraq bildirib ki, bəxşiş gəlirlərindən vergi alınmaması istiqamətində siyasət yürüdür.
Prezident kuryerə müraciətində belə deyib: “Eşitdiyimə görə, ötən il vergi yükünə görə qazandığın 11 min dollarlıq bəxşişdən məhrum olmusan. Biz məhz bu problemi aradan qaldırmaq üçün çalışırıq”.
Kuryer Şarron isə bu sözlərə müsbət reaksiya verərək, ötən il vergi səbəbindən ciddi maliyyə itkisi yaşadığını təsdiqləyib.
Qeyd edək ki, Trampın bu addımı və kuryerlə dialoqu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb.
Hadisənin qurama (səhnələşdirilmiş) olub-olmaması ilə bağlı da ciddi mübahisələr yaranıb. Bəziləri bunu PR addımı sayır, digərləri isə real qarşılaşma olduğunu düşünür.
Aytən
SAVASHMEDİA.az