Qurban Yetirmişlidən zəlzələ açıqlaması - "Yenidən gözlənilir..."
"Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir".
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır.
"Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir".
Qeyd edək ki, bu gün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb.