Razi Nurullayevin qardaşını vəhşicəsinə döyənlər kim olub? - TƏFƏRRÜAT + FOTO

Bu günlərdə Dubayda oğluna etdiyi dəbndəbəli toy mərasimi ilə gündəmə gələn iş adamı, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevlə bağlı ilginc faktlar açıqlanıb.

Jan 7, 2026 - 10:33
Jan 7, 2026 - 12:24
Razi Nurullayevin qardaşını vəhşicəsinə döyənlər kim olub? - TƏFƏRRÜAT + FOTO

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.
 
Onun paylaşımını təqdim edirik:

"2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür.

Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. 

Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi.  İstintaqın versiyasına görə Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Əliyevə böyük məbləğdə borcu olub. 

Fotoda Hasil Nurullayev

Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq  qorunmasını xahiş edib.

Bəs kimdir, İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir. 

Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. 

İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi "adam öldürməyə cəhd" maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir.

Razi Nurullayevin qardaşıarı Hüseyn və Hasil Nurullayevlər və  Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti bizneslə məşğuldurlar, "PERSPEKTİVA",  "ALTERNATİVA", "ELİZAVETA", "ORİON", "MUNİR", "OLİMP-FİNANS", "ASSET", "YABLOKO", "AVRORA", "MERKURİ", " ŞANS", "RİK" kimi çoxsaylı şirkətlərə sahibdirlər".

Deputatın biznesmen qardaşı ilə bağlı digər maraqlı fakt isə onun Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyası ilə əlaqələrinin olmasıdır.

Belə ki, Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyası (Leninqrad vilayəti üzrə regional şöbəsi) 2018-ci ilin yayında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Nurullayev Hüseyin Qulaməli oğlunun yerli bələdiyyə seçkilərində namizədliyini irəli sürübmüş.

Oğuz

Bunu təsdiq edən sənədi təqdim edirik: