Rus Mədəniyyət Mərkəzi binasından sovet rəmzləri sökülür – Talllində
Bu gün Tallinndə yerləşən Rus Mədəniyyət Mərkəzinin binasından sovet rəmzlərinin sökülməsi üçün hazırlıq işlərinə başlanılıb.
SAVASHMEDİA.az bu barədə “Postimees” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, işin həftənin sonuna qədər davam etməsi planlaşdırılır, lakin daha tez başa çatdırıla bilər.
Sökülən rəmzlərin – çəkic və oraq, pioner bayraqları və beşguşəli ulduzlu kompozisiyaların – sərgilənmədən saxlanılmaq üçün şəhər muzeyinə göndərilməsi planlaşdırılır. İki ton ağırlığında olan konstruksiya kövrək gipsdən hazırlandığından qəzalı vəziyyətdədir.
Fevralda məlum olub ki, Tallinn şəhər hakimiyyəti bir sıra mədəniyyət mərkəzlərini, o cümlədən Rus Mədəniyyət Mərkəzini də vahid idarəetməyə keçirməyə hazırlaşır.
Bir il əvvəl Rusiya Mədəniyyət Mərkəzinin adının dəyişdirilərək Milli Azlıqlar Mərkəzinə çevrilməsi ilə bağlı razılıq əldə olunub.
Xatirə SADİQ