Rusiyadan Bakıya tələb - "Jurnalistləri azad edin"

Rusiya Federasiyası Jurnalistlər İttifaqı Bakıda jurnalistlərin saxlanmasını beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqların kobud şəkildə pozulması adlandırıb.

Jun 30, 2025 - 23:26
Rusiyadan Bakıya tələb - "Jurnalistləri azad edin"

SAVASHMEDİA.az-ın xəbərinə görə, qurum Bakıdan "Sputnik Azərbaycan" agentliyinin saxlanılan əməkdaşları - redaktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu azad etməyi tələb edib.

"Azərbaycan təhlükəsizlik qüvvələrinin bu hərəkətləri jurnalistlərin beynəlxalq konvensiyalarda təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulmasıdır. Jurnalistlərin saxlanması və redaksiyanın işinin məhdudlaşdırılması  dövlətlərarası münasibətlərin pisləşməsinə yönəlmiş düşünülmüş addımdır", - bəyanatda deyilir.

Qeyd edək ki, bundan öncə - iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər.

Oğuz