Sabahdan tətil başlayır, ilk iş günü nə vaxtdır?

Sabahdan Azərbaycanda 28 May Müstəqillik Günü və Qurban bayramı ilə bağlı tətil başlayır.

May 26, 2026 - 15:44
Sabahdan tətil başlayır, ilk iş günü nə vaxtdır?

SAVASHMEDİA.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərində qeyd olunacaq.

Müstəqillik Günü Qurban bayramı ilə üst-üstə düşdüyündən mayın 29-u da istirahət günü olacaq.

Eyni zamanda, 30 may şənbə, 31 may isə bazar gününə təsadüf edir.

Beləliklə, 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl 5 gün iş olmayacaq.