Samir Abbasov istefa verib? - "1-2 saata hər şey bilinəcək"
“İndi danışmağımın yeri və vaxtı deyil. Rəsmi açıqlama veriləcək, biləcəksiniz. İndi nəsə danışmaq halında deyiləm. 1-2 saata, uzağı günün sonuna qədər hər şey bəlli olacaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan istefaya göndərildiyi bildirilən Samir Abasov deyib.
47 yaşlı mütəxəssis “Neftçi” haqqında danışmaq istəmədiyini bildirib:
“Bunu “Neftçi” haqqında yox, ümumi deyirəm. Bu gün kimsə hansısa klubu Premyer Liqada saxlayır, şirin-şirin danışır, hamı onu tərifləməyə başlayır. Amma elitadan düşmə təhlükəsi olan komandanı saxlayıb, gələn il avrokuboklara aparan adam barədə heç kim danışmır. Danışmaq istəyənləri də ört-basdır edirlər, danışmağa qoymurlar. Ürəyim ağrıyır. Sadəcə kimə deyim, kim var ki, indiyədək kim olub ki, arxamda? O haldayam ki… “Neftçi” haqda danışmaq istəmirəm. Azərbaycan üçün nə məşqçi, nə mütəxəssis, nə də işləyən lazımdır. Adamın, bir də səni tərifləyənin, danışanın lazımdır”.