SOCAR-a yeni mətbuat katibi təyin EDİLDİ
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb.
E.Sevdimalıyev uzun illər müxtəlif media qurumlarında, o cümlədən "Trend"də fəaliyyət göstərib.
Xatırladaq ki, E.Sevdimalıyevə qədər bu vəzifəni Orxan Hüseynov tuturdu.
Qeyd edək ki, təyinatla bağlı ilk məlumatı anews.az yayıb.