Türkiyə hərbi təyyarəsinin “qara qutu”su TAPILDI
Ötən gün qəzaya düşən hərbi yük təyyarəsinin “qara qutu”su tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, qara qutu ilə yanaşı həlak olan 20 hərbçidən birinin də nəşi aşkarlanıb. Son hərbçinin nəşinin tapılması üçün axtarışlar davam etdirilir.
Xatırladaq ki, ötən gün Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub. Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin qurumun ekspert qrupunun apardığı ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.
Banu