Zaxarova Heydər Əliyev haqqında hansı uyğunsuz ifadəni işlədib? - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 18-də keçirdiyi brifinqdə Azərbaycanın milli lideri Heydər Əliyevə hörmətsizlik edib.

Mar 23, 2026 - 18:20
Zaxarova Heydər Əliyev haqqında hansı uyğunsuz ifadəni işlədib? - VİDEO

Məsələ belə olub: “Автор i” saytından olan jurnalist Ruslan Pankratov ondan Ermənistanın baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dediyi fikirlərə münasibətini soruşub. Həmin çıxışında Paşinyan belə deyib: “Ölkədəki bəzi din xadimləri – o şəxslər ki, vaxtilə SSRİ KQB-nin agentləri olublar,- Ermənistanın müstəqilliyini üçüncü dövlətlərin marağına qurban verməyə çalışırlar”.

Burada “vaxtilə KQB-nin agenti olmuş din xadimi” deyiləndə katalikos II Qareginin (Ktriç Nersisyan), “üçüncü dövlət” deyiləndə isə Rusiyanın nəzərdə tutduğu Ermənistandakı prosesləri az-çox izləyən hər kəsə gün kimi aydındır. Ona görə də dialoqun sonrakı hissəsi tamamilə anlaşılmaz görünür.

Mariya Zaxarova guya dəqiqləşdirmək məqsədilə soruşur: “Mən başa düşmürəm ki, Paşinyan “KQB-nin əməkdaşları” deyəndə kimi nəzərdə tutur? Cənab Əliyevimi? Heydər Əliyevin haqqındamı belə deyir?”

Halbuki, sualda açıq şəkildə və aydın diksiya ilə deyilirdi: Paşinyan Ermənistandakı bəzi din xadimlərini nəzərdə tutaraq belə deyib. Bunu başa düşməmək üçün insan ya ciddi diqqət çatışmazlığından əziyyət çəkməli, ya da idrak problemləri olmalıdır. Üçüncü variant da mümkündür: adam özünü sadəcə, qanmazlığa qoya bilər.

Maraqlıdır, görəsən Mariya Zaxarova da bunlardan hansıdır?

Xatırladaq ki, Mariya Zaxarovanın bu açıqlaması rəsmi Bkının etirazına səbəb olub və Azərbaycan XİN bu fikirlərlə bağlı Rusiya tərəfindən izahat gözlədiyini bəyan edib.  

azvision.az