Ağ ayıdan, balinadan danışıb söhbəti Ukraynaya gətirdi - Putinin GİZLİ MESAJI
Rusiya Prezidenti Vladimir Putin Ukraynada aparılan müharibənin səbəblərindən danışarkən Şimal qütbündəki yırtıcı orka balinalarını xatırlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Putinin avqustun 29-da Moskva Pedaqoji Dövlət Universitetindəki görüşü zamanı baş verib.
Görüş zamanı müəllimlərdən biri Şimal qütbünə səfərindən danışaraq orada iki ağ ayı gördüyünü deyib. Bundan sonra Putin həmin ərazidə orkaların - kosatka kimi tanınan iri yırtıcı dəniz məməlilərinin də yaşadığını xatırladıb.
Rusiya lideri orka balinalarının ağ ayılara hücum etdiyini və onları parçaladığını belə təsvir edib:
“Təsəvvür edirsiniz, orada yaxınlıqda kosatkalar yaşayır. Onlar bu ayıları xırda yem kimi yeyirlər. Sadəcə sürü halında hücum edib onları parçalara ayırırlar. Bu, çox maraqlı bir qida zənciridir”.
Putin daha sonra bu cür nümunələrin uşaqlara da izah edilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, uşaqlar “hansı dünyada yaşadığımızı və Ukraynaya qarşı niyə xüsusi hərbi əməliyyat keçirdiyimizi” anlamalıdırlar.
Oğuz