Avtobus zolağına daxil olmağın cəriməsi - MƏBLƏĞ

Məlum olduğu kimi, avtobus zolağına daxil olmağa icazəsi olmayan nəqliyyat vasitələri buna görə cərimə edilir.

Nov 19, 2025 - 00:54
Avtobus zolağına daxil olmağın cəriməsi - MƏBLƏĞ

Bəs cərimənin məbləği nə qədərdir?

SAVASHMEDİA.az Azərbaycanda avtobus zolağına icazəsiz daxil olmanın cəzası ilə bağlı məlumatı təqdim edir.

Yeni dəyişikliklərə əsasən, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş avtobus zolağında hərəkət edən avtomobillərə 100 manat cərimə tətbiq edilir. 

Bu pozuntu üçün 2 inzibati bal da yazılır. 

Əgər bir il ərzində belə xətalarla 20 və ya daha çox bal toplanarsa, sürücünün sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırıla bilər.

Aytən İbrahimova