Azərbaycan piy və yağ ixracını 8 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 14 milyon 99,92 min ABŞ dolları dəyərində 10 min 544,24 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.

Aug 23, 2025 - 15:35
Azərbaycan piy və yağ ixracını 8 %-ə yaxın artırıb

SAVASHMEDİA.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 11,3 % azalıb, həcmi isə 7,8 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piy və yağların payı 0,76 % təşkil edir.

İyulda isə ölkədən 2 milyon 561,24 min ABŞ dolları məbləğində 1350,69 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da keçən ilin eyni ayına nisbətən müvafiq olaraq 22 % və 16,2 % azdır.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.