Bəylər Eyyubovun qardaşı oğlu həbsdən AZAD EDİLDİ
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.
SAVASHMEDİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb.
Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib.
Xatırladaq ki, Ruslan Eyyubov Bəylər Eyyubovun qardaşı oğludur.