Bu gecə Azərbaycanın cənub qonşusuna nüvə silahı atılacaq? - Ağ Evdən TƏCİLİ AÇIQLAMA
ABŞ Prezidenti Donald Trampın “İran sivilizasiyası bu gecə məhv ediləcək” açıqlaması dünyanın gündəminə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, bəzi analitiklər Trampın bu açıqlamasını ABŞ-nin İrana qarşı nüvə silahından istifadə edə biləcəyi yönündə şərh ediblər.
Artan narahatlıqlar fonunda Ağ Ev bəyanat yaymağa məcbur olub. Hökumət administrasiyası nüvə silahı variantını təkzib edib:
"Nüvə silahlarından istifadə olunmayacaq".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu gecədən etibarən İran üçün dönüşün olmayacağını bildirib:
“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və onu bir daha geri qaytarmaq olmayacaq. Mən bunun baş verməsini istəmirəm, lakin çox güman ki, belə olacaq. Bununla belə, indi tam və qəti rejim dəyişikliyi baş verdiyi, fərqli, daha ağıllı və daha az radikallaşmış qüvvələr üstünlük qazandığı üçün, bəlkə də inqilabi dərəcədə müsbət bir hadisə baş verə bilər — Kim bilir? Bunu bu gecə görəcəyik. Bu, dünyanın uzun və mürəkkəb tarixində ən mühüm məqamlardan biri olacaq. 47 illik təzyiq, korrupsiya və ölüm, nəhayət, sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”
SEPAH isə bəyanat yayaraq qeyd edib ki, ABŞ qırmızı xətləri keçərsə, İranın cavabı regiondan kənara çıxacaq.
Qeyd edək ki, Donald Trampın bu gecə ilə bağlı təhdidindən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində də qonşu ölkəyə nüvə silahının tətbiq edilə biləcəyi ilə bağlı narahatlıqlar müşahidə olunur.
Vəsilə İBRAHİM