İbrahim Tatlıses təcili xəstəxanaya yerləşdirildi - Reanimasiyadadır
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses xəstəxanaya yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur ifaçının səhhəti xaricdəki gərgin konsert proqramından sonra pisləşib.
İstanbuldakı evinə qayıdan Tatlısesin vəziyyəti daha da ağırlaşıb və o, təcili xəstəxanaya aparılıb.
Verilən açıqlamaya görə, müğənni xəstəxanaya aşağı təzyiq şikayəti ilə daxil olub. İlkin müayinədən sonra bakterial infeksiya diaqnozu ilə ehtiyat tədbiri olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ürək və ağciyər funksiyalarının normal olduğu bildirilən İ.Tatlısesin ümumi vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Banu