Bu gecə təkcə İran sivilizasiyası məhv olmayacaq - SEPAH-dan Trampa CAVAB

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampa sərt reaksiya verib.

Apr 7, 2026 - 18:49
Apr 7, 2026 - 18:50
Bu gecə təkcə İran sivilizasiyası məhv olmayacaq - SEPAH-dan Trampa CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, SEPAH qırmızı xətti keçməyin ABŞ-yə baha başa gələcəyini bildirib. 

“ABŞ qırmızı xətləri keçərsə, cavabımız regiondan kənara çıxacaq”, - SEPAH-ın bəyanatında qeyd edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranın bu gecə məhv ediləcəyini açıqlayıb.

Donald Tramp

“Bu gecə bütöv bir sivilizasiya məhv olacaq və onu bir daha geri qaytarmaq mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, lakin çox güman ki, belə olacaq. Bununla belə, indi tam və qəti rejim dəyişikliyi baş verdiyi, fərqli, daha ağıllı və daha az radikallaşmış qüvvələr üstünlük qazandığı üçün, bəlkə də inqilabi dərəcədə müsbət bir hadisə baş verə bilər — Kim bilir?

Bunu bu gecə görəcəyik. Bu, dünyanın uzun və mürəkkəb tarixində ən mühüm məqamlardan biri olacaq. 47 illik təzyiq, korrupsiya və ölüm, nəhayət, sona çatacaq. Tanrı böyük İran xalqını qorusun!”, – Tramp bildirib.

Vəsilə İBRAHİM