Əkrəm Əylisli 20 min avroluq mükafatın hamısını almayacaq - Onunla BÖLMƏLİDİR

Azərbaycan yazıçısı Əkrəm Əylislinin "Adamlar və ağaclar" (People and Trees: A Trilogy) trilogiyası Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təsis etdiyi 2026-cı il Ədəbiyyat Mükafatına layiq görülüb.

Jul 3, 2026 - 23:25
Əkrəm Əylisli 20 min avroluq mükafatın hamısını almayacaq - Onunla BÖLMƏLİDİR

SAVASHMEDIA.az xəbər verir ki, Sovet dövründə qələmə alınan trilogiya rus dilindəki nəşr əsasında tərcüməçi Katherine E. Young tərəfindən ingilis dilinə çevrilib.

EBRD Ədəbiyyat Mükafatının ümumi mükafat fondu 20 min avro təşkil edir. Qaydalara əsasən, bu məbləğ qalib müəllif və tərcüməçi arasında bərabər bölünür.

Qeyd edək ki, bu il 89 yaşı tamam olacaq Əkrəm Əylisli Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Yazıçı 2013-cü ildə çap olunan "Daş yuxular" romanından sonra ölkədə geniş ictimai müzakirələr və tənqidlərlə üzləşmişdi.

EBRD Ədəbiyyat Mükafatı 2018-ci ildən təqdim olunur və bankın fəaliyyət göstərdiyi ölkələrdə yazılmış, ingilis dilinə tərcümə edilərək nəşr olunan ən yaxşı bədii əsərləri mükafatlandırır.

Səlcuq