İran Netanyahunun oğlunu öldürmək istədi - ÖZÜ DANIŞDI

İsrailin Baş naziri Benyamin Netanyahu İranın oğullarından birinə qarşı sui-qəsd cəhdi həyata keçirməyə çalışdığını açıqlayıb.

Aug 24, 2026 - 22:57
İran Netanyahunun oğlunu öldürmək istədi - ÖZÜ DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, Netanyahu bu barədə “Channel 14” telekanalının hərbi müxbiri Noam Amir ilə telefon danışığı zamanı danışıb. 

“Bu, inanılmazdır, amma İran oğullarımdan birini hədəfə aldı. İran onu öldürməyə çalışdı”, – Netanyahu deyib.

Baş nazir iddianın hansı kəşfiyyat məlumatlarına əsaslandığı barədə əlavə detallar açıqlamayıb. Həmçinin onun iki oğlundan - Yair və Avner Netanyahudan hansının hədəfə alındığı, sui-qəsd cəhdinin nə vaxt, harada və hansı üsulla həyata keçirilməyə çalışıldığı məlum deyil.

Netanyahu bildirib ki, lazımi qoruma olmasaydı, sui-qəsd cəhdi uğurla nəticələnə bilərdi.

Səlcuq