İranda olan tanınmış Azərbaycan yazıçısı - "Şəhadət axtarıram..."

Hazırda İranda səfərdə olan tanınmış Azərbaycan yazıçısı Həmid Herisçidən xəbər yoxdur.

Feb 28, 2026 - 14:07
Feb 28, 2026 - 14:08
İranda olan tanınmış Azərbaycan yazıçısı - "Şəhadət axtarıram..."

SAVASHMEDİA.az xəbər verir ki, hazırda Təbrizdə olan Həmid Herisçi İrana son hücumlardan sonra heç kimlə əlaqə saxlamayıb, sosial şəbəkə hesabında heç nə yazmayıb.

Sonuncu paylaşımını 18 saat öncə edən yazıçı ilə əlaqə yaratmaq mümkün olmayıb.

Həmid Herisçinin dostlarının və yaxınlarının narahatlığına səbəb olan son paylaşımını təqdim edirik:

"İranda güclü qar yağır. Kanada və Çin vətəndaşlarını İrana səfər etməməyə və səfərdə olanları ölkədən təcili çıxmağa çağırıb... Qara görəmi? Yoxsa? Mən nə müharibədən qorxuram, nə də ki, qardan. Şəhadət axtarıram. Axirət sevdası yaşayıram burda".

Yazıçının həyat yoldaşı İlhamiyyə Rza həmin paylaşımın altından yalnız b unu yazıb: "Təcili qayıt!" 

Xatırladaq ki, Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib."Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir.

Oğuz