"İrandakı bir qrupa silah verdik ki, etirazçılara çatdırsın, amma .." - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlamalarla çıxış edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Vaşinqtonun dəstək verdiyi bəzi qrupların onlara təqdim olunan silahları etirazçılara ötürmədiyini bildirib.
“Bəlli bir qrup var ki, biz onlara silah verdik, onlar onu özlərində saxladı və etirazçılara vermədi. Buna görə onlara əsəbiyəm və onlar buna görə cavab verəcəklər”.
Tramp eyni zamanda bildirib ki, İran daxilində müəyyən qüvvələr ABŞ-nin zərbələrinin davam etdirilməsini istəyir və bunu “azadlıq uğrunda qəbul edilən itki” kimi qiymətləndirir:
“İranlılar bizdən xahiş edir ki, zərbələrə davam edək. Onlar azadlıq üçün infrastrukturun zərər görməsinə dözməyə hazırdırlar”.