"Kəmaləddin Heydərovun adından yalan xəbər yaydırır" - Çelsi keçmiş sevgilisi barədə + VİDEO

Tanınmış model Çelsi Baxşıyeva qalmaqal yaşadığına görə Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilmiş polkovnik-leytenant Anar Pirməmmədovun işinə bərpa olunduğu barədə xəbərlər yayılıb.

Apr 9, 2026 - 14:20
Apr 9, 2026 - 14:23
"Kəmaləddin Heydərovun adından yalan xəbər yaydırır" - Çelsi keçmiş sevgilisi barədə + VİDEO

SAVASHMEDİA.az-ın xəbərinə görə, model və bloqer Çelsi Baxşiyeva keçmiş sevgilisi bu barədə yayılmış xəbərə reaksiya verərək, bunu Anar Pirməmmədovun yeni şousu adlandırıb. 

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri olmuş polkovnik-leytenant Anar Pirməmmədov işinə bərpa edilməyib.

“Anar Pirməmmədov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından guya işə bərpa olunması ilə bağlı yalan məlumatlar paylaşdırır. Bu adam anlamır ki, o boyda nazir Anar kimi birini  işə bərpa etməz və bu, mümkün deyil", - Çelsi Baxşiyeva bildiorib. 

Məlumat üçün bildirək ki, Çelsi Baxşıyeva  Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki övlad atası olduğunu öyrəndiyini bildirib. Bloqer bununla bağlı silsilə videolar paylaşaraq Pirməmmədovlar ailəsi tərəfindən təhdid olunduğunu iddia edib.

Xatırladaq ki, Anar Pirməmmədov Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovun qardaşı oğludur. Sabiq aparat rəhbəri qardaşı oğlu ilə bağlı açıqlama verərək onun çətin vəziyyətə düşdüyünü və ölkədə biabır olduğunu demişdi.

Səlcuq