"Kişi 4 dəfə evlənə bilər, kənddə 100 toyuğa 1 xoruz düşür" - Bülbüloğlunu DƏSTƏKLƏDİ
Xalq artisti, deputat Polad Bülbüloğlunun üçüncü dəfə ailə həyatı qurması barədə yayılan məlumatlar gündəmdə qalmaqda davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, mövzu ilə bağlı musavat.com-a danışan məhəbbət şairi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu şəxsi həyatın müzakirəyə çıxarılmasını düzgün saymadığını bildirib.
Fotoda Polad Bülbüloğlu ilə evləndiyi deyilən Eteri Cəfərova
“Sevgi təbii fəlakət kimidir. Gələndə xəbərdarlıq etmir. İstəyir 20 yaşında tutsun, istəyir 50, istəyir 91 yaşında. İnsanın şəxsi həyatı öz işidir. Biz kimik ki, kiminsə şəxsi işinə qarışaq? Heç kimdən hesabat tələb oluna bilməz ki, sən niyə boşandın, niyə evləndin. Belə böyük xidmətləri olan insanı kiçik məişət məsələlərinə görə ittiham etmək düzgün deyil”, - Baba Vəziroğlu deyib.
Baba Vəziroğlunun fikirlərini belə davam etdirib:
“Dinimizdə də, həyatda da kişinin atdığı addımlara xəyanət kimi baxılmır. Dinimiz buyurub ki, kişi 4 dəfə evlənə bilər, bu, xəyanət sayılmır. Təbiətdə də belədir: kənddə 100 toyuğa bir xoruz düşür. İndi biz o xoruza xəyanətkar deyəcəyik? Tanrı bu funksiyanı kişiyə verib”.