Kreml İstanbula gedəcək şəxslərin adlarını məxfi saxlayır - “Göstəriş yoxdur…”

Kreml sabah İstanbulda keçiriləcək görüşdə Rusiya nümayəndə heyətinin iştirakını təsdiqləyib. 

May 14, 2025 - 14:24
Kreml İstanbula gedəcək şəxslərin adlarını məxfi saxlayır - “Göstəriş yoxdur…”

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, lakin yenə də Kremlin sözçüsü Dmitri Peskov Rusiyanı Türkiyədə kimin təmsil edəcəyini açıqlamaqdan imtina edib.

“Bununla bağlı heç nə dəyişməyib. Biz bunu prezidentdən müvafiq göstəriş alanda edəcəyik. Hələlik belə göstərişlər olmayıb. Mən yalnız onu təsdiqləyə bilərəm ki, prezidentin mayın 11-də verdiyi bəyanatda dediyi hər şey aktual olaraq qalır”, - deyə Peskov əlavə edib. 

Xatirə SADIQ