Kreml Zelenskinin 60 günlük atəşkəs təklifini RƏDD ETDİ
Rusiya Ukraynada prezident seçkilərinin keçirilməsi üçün təklif olunan 60 günlük atəşkəs təşəbbüsünü qəbul etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvanın müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istədiyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya 60 günlük tam atəşkəsə razılaşacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
Oğuz