Maduro və arvadı məhkəməyə belə gətirildi - VİDEO

Venesuelanın hazırda ABŞ-də həbsdə olan Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanıldığı həbsxanadan çıxarılıb.

Jan 5, 2026 - 17:33
Maduro və arvadı məhkəməyə belə gətirildi - VİDEO

SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, onlar Nyu York Məhkəməsinə aparılıb.

Onlar narkotik maddə və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacaq.

Birləşmiş Ştatların hüquq-mühafizə orqanları bununla əlaqədar ciddi təhlükəsizlik tədbirləri görüb.

Qeyd edək ki, N.Maduro 1962-ci ildə anadan olub. O, 2013-cü ildən Venesuelaya rəhbərlik edirdi.

ABŞ yanvarın 3-də Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Bununla paralel olaraq Birləşmiş Ştatların seçmə qüvvəsi olan Delta Force xüsusi təyinatlıları əməliyyat keçirərək Prezident N.Maduro və həyat yoldaşı Siliya Floresi həbs edib ABŞ-yə aparıb.

Nyu York Cənubi Federal Məhkəməsində onlara qarşı narko-terrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb.

Aytən