Maduronun oğlu qisas andı içdi - "Qəzəbliyəm, içimizdə xəyanətkarlar var..."

ABŞ tərəfindən xüsusi əməliyyatla ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduronun oğlu Nikolas Ernesto Maduro Querra açıqlama verib.

Jan 5, 2026 - 16:50
Maduronun oğlu qisas andı içdi - "Qəzəbliyəm, içimizdə xəyanətkarlar var..."

SAVASHMEDİA.az xəbər verir ki, oğul Maduro iqtidar cəbhəsində xəyanətlərin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Aramızdan xəyanətkarlar çıxacaq. Onların kim olduğunu tarix göstərəcək. Bunu keçən zaman aydınlaşdıracaq”, - N.E.M. Querra bildirib.

Oğul Maduro tərəfdarlarına çağırış edərək ABŞ-yə qarşı bir olmağa səsləyib:

“Xarici təcavüzə qarşı daha sıx siyasi və hərbi koordinasiya lazımdır. Əlbəttə ki, onlara qəzəbliyik, kin duyuruq, ancaq yenə də ağılla hərəkət edəcəyik. Onlar bizi zəiflətmək, zəif görmək istəyirlər. Lakin bunu bacarmayacaqlar. Biz bütün ağrı və acılarımıza baxmayaraq, küçələrdə olacağıq, xalqla birgə, xalqın arasında olacağıq. Bizi yox etməyi bacarmayacaqlar”.

Qeyd edək ki, Nikolas Ernesto Maduro Querro Venesuela siyasətində tanınmış fiqurdur. La Quayra ştatından millət vəkili və hakim Birləşmiş Sosialist Partiyasının üzvüdür.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və xanımı Cilia Flores yanvarın 3-də ABŞ-nin “Delta Force” xüsusi təyinatlılarının keçirdiyi əməliyyatla ələ keçirilib.

Banu