Mirşahin Ramiz Mehdiyevlə şəxsi yazışmasını kimə göstərib? - "Dedi, görürsən nə yazıb?" + VİDEO

Tanınmış aparıcı Kamran Həsənli son müsahibəsində qalmaqallı fikirlər səsləndirib.

Apr 14, 2026 - 15:31
Apr 14, 2026 - 15:58
Mirşahin Ramiz Mehdiyevlə şəxsi yazışmasını kimə göstərib? - "Dedi, görürsən nə yazıb?" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, o, aparıcı Rövşanə Ağasəfqızına verdiyi müsahibədə vaxtilə ona tətbiq edilən efir qadağasının əsl müəlliflərinin kimliyinə toxunub.

Kamran Həsənlinin sözlərinə görə, həmin dövrdə onun televiziya fəaliyyətinə qadağa əmrini Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev verib.

Aparıcının iddiasına görə, tanınmış jurnalist Mirşahin Ağayev hətta Ramiz Mehdiyevlə yazışmasını  göstərərək Kamran Həsənlinin efirə buraxılmaması ilə bağlı təlimat aldığını etiraf edib.

Kamran Həsənli hesab edir ki, bu qərarın əsas səbəbi aparıcının çıxışlarında türkçülük və Turan ideyalarını təbliğ etməsi olub. 

Oğuz

Müsahibədən həmin hissəni rəqdim edirik: