Nə pasportları var, nə də vətəndaşlıqları - Heç bir ölkəyə aid olmayan milyonlar
Dünyada milyonlarla insan var ki, hüquqi baxımdan heç bir dövlət onları öz vətəndaşı hesab etmir.
SAVASHMEDİA.az xatırladır ki, bu kateqoriyadan olan şəxslər "vətəndaşlığı olmayan insanlar" (stateless persons) adlanırlar.
BMT-nin hesabatına görə, bu vəziyyət dövlətlərin parçalanması, qanunvericilikdəki boşluqlar, doğumun qeydiyyata alınmaması, müharibələr və miqrasiya kimi səbəblərdən yarana bilər.
Vətəndaşlığı olmayan şəxslər əksər hallarda pasport ala, sərbəst səyahət edə, rəsmi işə düzələ, bank hesabı aça və ya bəzi dövlət xidmətlərindən tam istifadə edə bilmirlər. Onlar seçkilərdə səs vermək hüququndan da məhrum olurlar.
Bu problem daha çox Cənub-Şərqi Asiya, Yaxın Şərq, Afrika və bəzi keçmiş SSRİ ölkələrində müşahidə olunur. BMT və müxtəlif dövlətlər vətəndaşlıqsızlığın aradan qaldırılması üçün proqramlar həyata keçirsələr də, dünyada hələ də milyonlarla insan heç bir ölkənin vətəndaşı olmadan yaşayır.
Vətəndaşlıq isə pasportla yanaşı, həm də təhsil, səhiyyə, məşğulluq və digər əsas hüquqlara çıxış deməkdir. Buna görə də vətəndaşlıqsızlıq müasir dünyanın ən ciddi humanitar problemlərindən biri hesab olunur.
Aytən