Nəsimi Nəbizadə qaçmazdan öncə Kəramətin yanına gedibmiş - Belçikaya qaçıb?

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

Jan 8, 2026 - 20:32
Nəsimi Nəbizadə qaçmazdan öncə Kəramətin yanına gedibmiş - Belçikaya qaçıb?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə açıqlama verən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov aparıcının Saray qəsəbəsindəki ata evinə getmədiyini öyrənib.

"Evə getdik, qardaşı Elnur dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".

Olayın üstündən 1 gündən çox vaxtın keçməsinıə baxmayaraq, Nəsimi Nəbizadədən hələ də xəbər yoxdur. Bu arada isə sosial şəbəkələrdə onun Belçikaya qaçması haqqında məlumatlar yayılıb. Amma bu ehtimalla bağlı açıq qalan suallar var. Belçikaya, yaxud hansısa Avropa ölkəsinə getmək üçün vacib hüquqi prosedurların yerinə yetirilməsi şərtdir. Viza məsələsinin həllindən tutmuş, təyyarə biletinin alınmasına qədər bir çox məsələlər var ki, Nəsimi Nəbizadə bunu bir neçə saat ərzində həll edə bilməzdi. Belədə yalnız o ehtimal qalır ki, Nəsimi Nəbizadə qaçışını aylar öncədən planlaşdırıb və həmin vaxt ərzində viza və bilet məsələsini də yoluna qoyub.

Bu arada Nəsimi Nəbizadənin qaçmazdan öncə kimlərlə görüşməsi və hansı məkanlarda olması ilə bağlı müəyyən bilgilər paylaşılır.

Nəsimi Nəbizadə yoxa çıxmazdan öncə reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bərabər olub:

"Dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Mən də bununla birlikdə gəldik Nizami küçəsinə. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafedə çay içməyə. Kafedə əyləşib, çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi stolda yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb".

Nizami küçəsində "Soyuq əllər, isti ürəklər" yarmarkasında kitablarını satan yazıçı Kəramət Böyükçöl də Nəsimi Nəbizadəni sonuncu görənlərdəndir. O, sosial şəbəkə hesabında bunları yazıb:

"Nəsimi dünən gəlib məndən kitab almışdı.  İki dəqiqə sonra müalicə aldığı yerin rəhbəri mənə zəng elədi ki, Nəsimi qaçdı, tapa bilmirəm".

Oğuz