Putin həbsdə olan Fransa vətəndaşını əfv etdi

Rusiyada həbsdə olan Fransa vətəndaşı Loran Vinatye həbsdən azad olunub.

Jan 8, 2026 - 20:06
Putin həbsdə olan Fransa vətəndaşını əfv etdi

SAVASHMEDİA.az xəbər verir ki, 2024-cü ildə xarici agentlər haqqında qanunu pozmaqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum olunam Vinatye artıq Fransaya qayıdıb.

Fransa prezidenti Emmanuel Makron Vinatyeni azad etmək üçün göstərdikləri səylərə görə ölkə diplomatlarına təşəkkür edib.

"Həmyerlimiz Loran Vinatye Fransaya qayıdıb. Ailəsinin və yaxınlarının rahatlığını bölüşürəm", - deyə Fransa lideri yazıb.

RBK nəşri 8 yanvar tarixində Vinatyenin rusiyalı basketbolçu Daniil Kasatkinə dəyişdirildiyini, Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl Fransa vətəndaşını əfv edən fərman imzaladığını yazıb.

Aytən