Norveçin bu gün ölən kralının DOSYESİ

Norveç Kralı V Haraldın bu gün 89 yaşında vəfat etməsi ilə ölkədə taxt-tac dəyişib və kralın yerinə oğlu Haakon keçib.

Aug 28, 2026 - 20:54
Norveçin bu gün ölən kralının DOSYESİ

SAVASHMEDİA.az avqustun 28-də saat 06:35-də Oslo Universitet Xəstəxanasında vəfat esən Kral V Haraldın dosyesini təqdim edir. Beləliklə...

Kim idi?

Norveç Kralı V Harald 21 fevral 1937-ci ildə anadan olub. O, Kral Olav V-in yeganə oğlu idi. II Dünya müharibəsi illərində Almaniyanın Norveçi işğal etməsindən sonra ailəsi ilə birlikdə ölkəni tərk edib və bir müddət ABŞ-də yaşayıb.

1991-ci ildə atasının ölümündən sonra taxta çıxan V Harald 35 ildən çox Norveçə kral kimi rəhbərlik edib.

Üç Olimpiadada Norveçi təmsil edib

V Haraldın həyatının maraqlı məqamlarından biri onun yelkən idmanına olan sevgisidir. O, 1964, 1968 və 1972-ci illərdə keçirilən Olimpiya Oyunlarında Norveçi yelkən yarışlarında təmsil edib.

1968-ci ildə Mexiko Olimpiadasının açılış mərasimində ölkəsinin bayraqdarı olub.

Adi vətəndaşla evlənib

V Harald 1968-ci ildə Sonja Haraldsenlə evlənib. Sonja aristokrat ailədən olmadığı üçün onların münasibəti kral ailəsində birmənalı qarşılanmayıb. Cütlük uzun sürən münasibətdən sonra evlənə bilib.

Onların iki övladı var – şahzadə Märtha Louise və vəliəhd Haakon.

Taxta oğlu keçdi

V Haraldın ölümündən sonra Norveç taxtına onun oğlu Haakon keçib. Yeni kral Haakon VIII adını qəbul edib.

1973-cü ildə anadan olan Haakon ABŞ və Böyük Britaniyada təhsil alıb, hərbi xidmət keçib və uzun illər vəliəhd kimi ölkəni müxtəlif rəsmi tədbirlərdə təmsil edib.

Haakonun taxta çıxması ilə onun qızı Ingrid Alexandra Norveç taxtının yeni varisi olub.

Oğuz