Müctəba Xamenei bunu iranlılara QADAĞAN ETDİ

İranın Ali rəhbəri Müctəba Xamenei sosial həmrəyliyə zərər vuran hər hansı hərəkətin qadağan olduğunu bəyan edib.

Aug 28, 2026 - 22:59
Müctəba Xamenei bunu iranlılara QADAĞAN ETDİ

SAVASHMEDIA.az xəbər verir ki, Xamenei bu barədə Hökumət Həftəsi münasibətilə yayımladığı mesajında bildirib.

Ali rəhbər ölkədə birliyin və sosial həmrəyliyin qorunmasının vacibliyini vurğulayaraq, sosial həmrəyliyə zərər vuran istənilən hərəkətin yolverilməz olduğunu açıqlayıb. O, ölkənin güc və imkanlarının ön plana çıxarılmasının, cəmiyyətdə ümid və milli ruhun qorunmasının vacibliyini qeyd edib.

Ali rəhbər həmçinin milli və ictimai motivasiyanı zəiflədən ümidsizləşdirici fikirlərdən və cəmiyyətdə süni qarşıdurma yaradan yanaşmalardan çəkinməyə çağırıb.

Onun mesajında dövlət qurumları arasında həmrəyliyin və koordinasiyanın qorunmasının ölkənin qarşısında duran problemlərin həlli baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Səlcuq