Paltardəyişmə otağında Haalandı qucaqlayan sirli xanım kimdir? - FOTO+VİDEO
Norveç millisinin ulduzu Erlinq Haalandın Dünya Kubokunda Braziliya üzərində qazanılan qələbədən sonra qucaqlaşdığı gənc xanım sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Haalandı təbrik edən xanımın Norveç kral ailəsinin üzvü, şahzadə İnqrid Aleksandrad olduğu məlum olub.
O, qardaşı Şahzadə Sverre Maqnusla birlikdə Braziliya ilə keçirilən qarşılaşmanı tribunadan izləyib.
Oyundan sonra şahzadə Norveç millisinin paltardəyişmə otağına gedərək futbolçuları təbrik edib. Məhz burada Haalandla səmimi qucaqlaşması kameralara düşüb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq dünya mediasının diqqətini çəkib.
Qeyd edək ki, 21 yaşlı İnqrid Aleksandra Norveç kralı Haraldın nəvəsi və vəliəhd Haakon, Croun Prince Norvayın böyük qızıdır. O, gələcəkdə Norveç taxtına çıxacaq ilk kraliçalardan biri hesab olunur.
Oğuz