Paşinyan Nəsimi Musayevin niyə Azərbaycana qaytarılmadığını AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı bu gün yeni açıqlama verib.

Oct 8, 2026 - 15:20
Paşinyan Nəsimi Musayevin niyə Azərbaycana qaytarılmadığını AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində Musayevin Azərbaycana niyə qaytarılmadığının səbəbini açıqlayıb.

“Əgər Azərbaycan hərbçisi atəş açmasaydı, biz onu elə həmin gün geri qaytarardıq”, - Paşinyan bildirib.

O qeyd edib ki, hazırda Musayevin Azərbaycana ekstradisiyası müzakirə olunmur və Azərbaycan tərəfi bununla bağlı Ermənistana rəsmi tələb göndərməyib.

Paşinyanın sözlərinə görə, Azərbaycan hərbçisi Azərbaycana qaytarılacağı təqdirdə evinə getməyəcək, məhkəmə qarşısına çıxarılacaq.

Ermənistanın baş naziri bildirib ki, Musayevlə bağlı istintaq davam edir və onun taleyi məhkəmənin qərarından asılı olacaq.

Paşinyan eyni zamanda Musayevin ömürlük Ermənistanda saxlanılacağını da söyləməyib. O, məsələnin hüquqi prosedurlar çərçivəsində həll ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Nəsimi Musayev Şəki kəndində baş verən hadisədən sonra Ermənistan tərəfindən saxlanılıb.

Səlcuq