Prezident bütün ölkədə istirahət günü elan etdi - DÇ-2026-dakı qələbəyə görə

2026-cı il Dünya Çempionatı ilə bağlı ən maraqlı hadisələrdən biri Ekvadorda yaşanıb.

Jun 26, 2026 - 17:33
Prezident bütün ölkədə istirahət günü elan etdi - DÇ-2026-dakı qələbəyə görə

SAVASHMEDİA.az xəbər verir ki, Ekvador millisinin Almaniyanı 2:1 hesabı ilə məğlub edərək Dünya Çempionatının pley-off mərhələsinə yüksəlməsindən sonra ölkə prezidenti Daniel Noboa iyunun 26-sını bütün ölkə üzrə qeyri-iş günü elan edib.

Prezident bununla bağlı imzaladığı sərəncamda milli komandanın qazandığı uğurun bütün ölkəyə böyük sevinc bəxş etdiyini bildirib. 

Qərardan sonra ölkənin müxtəlif şəhərlərində minlərlə azarkeş küçələrə çıxaraq bayram ab-havası yaradıb. Sosial şəbəkələrdə isə prezidentin "Sabah istirahət günüdür!" paylaşımı qısa müddətdə viral olub.

Qeyd edək ki, Ekvador qrup mərhələsində əvvəlcə Fildişi Sahili millisinə uduzub, sonra Kürasao ilə heç-heçə etmişdi. Almaniya ilə qarşılaşmada isə mütləq qələbə qazanmalı olan Cənubi Amerika təmsilçisi geridönüş edərək 2:1 hesabı ilə qalib gəlib və ən yaxşı üçüncü yer sahiblərindən biri kimi pley-offa yüksəlib

Oğuz