"Putinlə tez-tez görüşdüyümə görə mənə paxıllıq edirlər" - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko digər ölkələrin liderlərinə Rusiya prezidenti Vladimir Putinlə tez-tez görüşdüyünə görə ona paxıllıq etməməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Belorus prezidenti digər liderləri də bu görüşçlərə qoşulmağa dəvət edib.
"Bizim tez-tez görüşməyimiz heç kəsi təəccübləndirməsin. Biz heç kimi sıxışdırmır, kimisə təcrid etmirik. Biz digərlərini də sıralarımıza qəbul etməyə hazırıq. Xahiş edirəm, kim istəyirsə, qoşulsun", - Lukaşenko deyib.
Belarus lideri həmçinin bildirib ki, Qərb ölkələri postsovet ölkələrinə “paxıllıq edir”, çünki onların “qalib əcdadları” var.
"Mən istəyirəm ki, onlar bizim bu xatirəyə (Böyük Vətən Müharibəsi) niyə bu qədər bağlı olduğumuzu orada eşitsinlər. Biz bu xatirə ilə fəxr etməliyik. "Onlar (Qərb) bizə həsəd aparırlar", - Lukaşenko deyib.
Oğuz