Qaradağda direktorun maşını yandırıldı, Yasamalda isə... - Hicab adı altında TƏXRİBAT
Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb.
SAVASHMEDİA.az APA-ya istinadla xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Yasamal rayonunda isə orta məktəblərin birində yanğın törətməyə cəhd olunub.
Hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb.
Xəsarət alan olmayıb.
Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarla bağlı ciddi tədbirlər görülməlidir.