Rəşad Dağlı Ağakərimin dəfninə əklil göndərdi - FOTO

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib.

Dec 20, 2025 - 13:39
Rəşad Dağlı Ağakərimin dəfninə əklil göndərdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.

Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.