Rəsul Quliyevin adamından İlqar Məmmədova SƏRT SÖZLƏR - "Sən həbsdə sındığın vaxt..."
Eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu ReAl partiyasının sabiq sədri İlqar Məmmədovla bağlı sərt ifadələr işlədib.
SAVASHMEDİA.az onun fikirlərini təqdim edir:
"Şəxsiyyəti deqradasiyaya uğramış İlqar Məmmədova ilk və sonuncu xəbərdarlığımdır: Özünə gəl, vəfana sahib çıx!
Məni məcbur etmə ki, sən yoxkən itirdiyin vəfaya sahib çıxanları qarşına çıxarım. Başını aşağı sal, işinlə məşğul ol. Sənin özünə edə biləcəyin ən böyük xidmət də məhz budur.
Çünki başını aşağı əymiş bir insanın sonradan başını dik tutmağa mənəvi haqqı olmur. Sən də bu haqqı “Navalnı” olmaq istədiyin, amma həbsdə mənəvi olaraq sındığın vaxt itirmisən.
Bu səbəbdən bu sənə son xəbərdarlığımdır. Sahib olmadığın “həşimə” və itirdiyin “vəfaya” sığınma. Bu, sənə verə biləcəyim ən böyük tövsiyədir…
Növbəti dəfə belə olmayacaq!"
Oğuz
Ağasif Şakiroğlu Rəsul Quliyevlə