"Rusiya Qafqazı uduzdu, bizə hörmət etmirlər" - Aleksandr Duqin
Kremlin əsas ideoloqlarından olan Aleksandr Duqin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi şərh edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, baş verənləri Rusiyanın Cənubi Qafqaz siyasətinin uğursuzluğu adlandırıb.
"Rusiya regionda təsir imkanlarını itirib, günahkarlar isə cəzasız qalır. Artıq səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək vaxtı çatıb", - Aleksandr Duqin bildirib.
Duqinin fikrincə, bu sənəd Rusiyanın gücsüzlüyünün əlamətidir:
"Bu müqavilə bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanına belə nəzarət etmirik. Əgər burada bizə hörmət göstərilməsə, dünya səhnəsində bizi kim hesaba alacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil - hər bir rusiyalının üzünə vurulan sillədir. Bu müqavilə bizim gücsüzlüyümüzün sübutudur".
"Biz Paşinyan və Əliyevi günahlandırmaqla özümüzə haqq qazandıra bilmərik. Etiraf etməliyik: danışıqları yanlış insanlara etibar etdiyimiz üçün uduzduq. Günahkarlar cavab verməlidir", - o deyib.
Oğuz